Vaxt.Az

Rutte Türkiyəni tərifləyib


 

NATO-nun baş katibi: “Sizdən yalnız daha çox iş görmənizi istəyə bilərik”

Rutte Türkiyəni tərifləyib NATO-nun baş katibi Mark Rutte ABŞ-ın yeni müdafiə naziri Pit Heqsetin ilk dəfə olaraq qatılacağı Müdafiə Nazirlərinin sabahkı toplantısı öncəsi mətbuata açıqlama verib.

Alyansın və xüsusilə də Avropanın müdafiə sənayesinin gücləndirilməsində Türkiyənin oynaya biləcəyi rol, eləcə də yeni ABŞ administrasiyasının gündəmində olan Ukraynada sülhün əldə edilməsində oynaya biləcəyi rolla bağlı müttəfiq nazirlərə hansı mesajı verəcəyi ilə bağlı sualına Rutte, “Türkiyə müdafiə sənayesinin təməli həqiqətən təsir edicidir”, – deyib.

Rutte, yüzlərlə təşkilatın innovasiya tərəfində çalışdığını və Müdafiə Sənayesi Rəyasət Heyətinin tərkibində minlərlə şirkətin olduğunu ifadə edərək, həm Ankaraya, həm də Brüsselə səfəri zamanı müdafiə sənayesi naziri Haluk Görgünlə görüşdüyünü xatırladıb.

“Bu, həqiqətən də vacibdir və mən bilirəm ki, sizin Türkiyədə etdiyiniz işlər Avropadakı digər müttəfiqlərlə və bizimlə sıx əməkdaşlıqdadır. Türk sənayesi həqiqətən də son məhsullar da daxil olmaqla, ən vacib hissələri təmin edir. Sizdən yalnız daha çox iş görmənizi istəyə bilərik”, – deyə baş katib bildirib.

Rutte qeyd edib ki, o, Fransa, Almaniya, İtaliya, Böyük Britaniya və Türkiyə daxil olmaqla bütün müttəfiqlərdən daha çox və daha sürətli istehsal gözləyir.

 





12.02.2025    çap et  çap et