Bəs, Azərbaycan ümumi daxili məhsulunda azalmanın səbəbi nədir?
ÜDM-də azalmanın əsas səbəbi neft-qaz sektorunda hasilatın aşağı düşməsidir. Belə ki, bu ilin ilk ayında neft-qaz sektorunda əlavə dəyər 4,0 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 1,0 faiz artıb. Digər tərəfdən, həmin müddətdə əmtəəlik neft hasilatı 6,6 faiz, əmtəəlik qaz hasilatı isə 4,8 faiz azalıb. Bütövlükdə isə, neft-qaz sektorunda sənaye 4,5 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 9,9 faiz artıb.
2025-ci ilin ilk ayında ÜDM-də azalmanın qeydə alınmasına rəğmən iqtisadi artımın sonrakı aylarda bərpa ediləcəyi gözlənir. ÜDM-də azlamaya rəğmən qeyri neft-qaz sahəsindəki 9,9 faiz artım bu il qeyri-resurs sektorunun iqtisadi artımda drayver olacağından xəbər verir. Neft-qaz sənayesindəki azalma həmçinin mövsümi faktorlar ilə bağlıdır. Bu baxımdan, 2025-ci il üçün proqnozlaşdırılan iqtisadi artım tempinə illik yekunda nail olunacağı gözlənilir.