ABŞ prezidenti Donald Trampın Ukrayna müharibəsi ilə bağlı siyasətləri maraqla qarşılanarkən, Zelenski Trampın hərtərəfli sülh planının olmadığını iddia edib. Vladimir Zelenski son aylarda Trampla çox görüşmədiyini bildirib.
Zelenski ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensi də dəyərləndirərək, “ABŞ-ın vitse-prezidenti diqqətini ABŞ-ın daxili işlərinə yönəldib. Görüşlərimizdə bəzi şeyləri müzakirə edəcəyik və bu yolla mən onların nöqteyi-nəzərini anlaya biləcəyəm. Amma daha önəmlisi, onlar bizim görüşlərimizi başa düşürlər”, – deyib.
ABŞ administrasiyası bir müddətdir ki, Ukrayna və Rusiyanın qarşılıqlı güzəştə getməli olduğunu bəyan edir. Vladimir Zelenski isə Rusiya prezidenti Vladimir Putinlə danışıqların özlüyündə bir güzəşt olduğunu düşünür və “Putinlə oturmağa hazır olmaq özü güzəştdir”, – deyir.
***
Müsahibənin sonuna yaxın Zelenski Putin haqqında təəccüblü açıqlamalar verib. "Vaxtım var, amma Putin yoxdur. Bax, mən Putinin qalib gəlməsinə imkan verməyəcəyəm. Mən bununla yaşayıram”, – Zelenski bildirib.