Vaxt.Az

NATO-da 5 faiz bazarlığı


 

32 ölkədən 24-ü iki faizlik öhdəliyi yerinə yetirməyib

NATO-da 5 faiz bazarlığı NATO-nun avropalı müttəfiqlərinin müdafiə xərclərini qeyri-adekvat hesab edən ABŞ bu mövzuda təzyiqlərini artırır.

ABŞ prezidenti Donald Trampın üzv ölkələrin ümumi daxili məhsulunun 5 faizini müdafiə xərclərinə ayırması tələbi ilk dəfə NATO-da nazirlər səviyyəsində rəsmi olaraq müzakirə edilib. ABŞ Müdafiə Naziri Pit Heqset NATO Müdafiə Nazirləri Toplantısı öncəsi verdiyi açıqlamada hazırkı 2 faizlik hədəfin qeyri-kafi olduğunu bildirib və ölkəsinin yüzdə 5 tələbini təkrarlayıb. ABŞ-ın tələb etdiyi 5 faizlik hədəf bir çox NATO üzv dövlətləri üçün nə siyasi, nə də iqtisadi cəhətdən əldə edilə bilməz. 32 ölkədən yalnız 24-ü 2014-cü ildə qarşıya qoyulan 2 faizlik hədəfi yerinə yetirə bilib. Ən yüksək göstəricilər Polşa (4,1 faiz), Estoniya (3,4 faiz) və ABŞ-da (3,3 faiz) qeydə alınıb. Ümumi rəy belədir ki, 2 faiz dərəcəsi artırılmalıdır, amma faiz 5 faiz yox, 3 faiz və ya bir qədər yuxarı olmalıdır. Türkiyə də hədəfin yüksəldilməsini dəstəkləyir, lakin hələlik məzənnəyə konkret bir yanaşma yoxdur. Yeni məzənnənin iyun ayında Haaqada keçiriləcək sammitdə müəyyənləşdirilməsi hədəflənir.

 





14.02.2025    çap et  çap et