Los Alamosdakı məşhur poliqonda atom bombası üzərində çalışarkən Riçard xəstəxanada yatan Arlini ancaq bazar günləri görə bilirdi. Bir müddət sonra Arlin dünyasını dəyişir. Görkəmli alim illər sonra yazacağı kitabında bu sətirlərə yer verir:
“Əgər bir marslı (fərz edək ki, marslı ancaq bədbəxt hadisə nəticəsində ölə bilər) Yerə ensə və özünəməxsus bir irqin məxluqlarını – öləcəklərini bilərək 70-80 il yaşayan insanları müşahidə etsə və həyatın müvəqqəti bir hadisə olduğunu görsə, bunlar ona nəhəng psixoloji problem kimi görünərdi. Biz insanlar bu problemə baxmayaraq necə ediriksə gülür, zarafatlaşır, yaşayırıq. Arlinlə olan hadisədəki yeganə fərq onda idi ki, 50 il əvəzinə bizə 5 il verilmişdi. Ancaq bu yalnız kəmiyyət fərqi idi, psixoloji problem elə olduğu kimi qalırdı. Bu problem bir halda başqalaşa bilərdi – əgər bizə desəydilər ki, başqalarına yaxşıdır, axı onlar 50 il yaşayacaqlar. Ancaq bu dəlilikdir. Niyə ümidsizliyə qapılıb “Nə üçün bizim bəxtimizə bu yazıldı? Tanrı bizə niyə belə etdi? Günahımız nə idi bizim?” kimi fikirlərə qapılaq ki? Əgər həqiqətləri bilir və ürəyində onu qəbul edirsənsə bütün bu suallar yersiz və cavabsızdırlar. Bu suallar cavabını kimsənin bilmədiyi suallardır. Düşdüyün vəziyyət həyatdakı hadisələrdən ancaq biridir”…