Vaxt.Az

Putin Obamaya xəbərdarlıq...


 

Ukraynasa Rusiya qazından imtina etdi

Putin Obamaya xəbərdarlıq... Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Barak Obama arasında telefon danışığı olub. ANS PRESS-in məlumatına görə, prezidentlər Ukraynadakı son hadisələri müzakirə ediblər.

Vladimir Putin qeyd edib ki, Ukraynanın şərqində hökumət nümayişçilərə qarşı güc tətbiq edərsə, Rusiya üzərinə düşən vəzifəni yerinə yetirəcək.

Prezidentin sözlərinə görə, Rusiya özünün və Ukraynanın şərq vilayətlərində yaşayan rusdilli əhalinin maraqlarını müdafiə edəcək.

Putin hesab edir ki, hazırda qeyd edilən regionda yaşayan həm Rusiya vətəndaşları, həm də rusdilli əhali üçün real təhlükə mövcuddur.

ABŞ prezidenti Barak Obama isə Rusiya ordusunun Ukrayna ərazisinə hərbi müdaxilə edəcəyinə görə narahat olduğunu deyib. Putin isə Obamaya cavab olaraq bildirib ki, Ukraynanın şərq vilayətlərində ultra-millətçi qruplar tərəfindən təxribatlar və cinayət əməlləri törədilir: «Hesab edirik ki, bu, Ukraynada indiki hakimiyyətin planlarının bir hissəsidir».

Qeyd edək ki, telefon danışığı Barak Obamanın təşəbbüsü ilə baş tutub.

 

***

 

Ukrayna Rusiya qazından imtina edib. Ukrayna mətbuatına istinadən xəbər verir ki, energetika naziri Yuriy Proddan rus qazının nəqlinin dayandırılmasını «Qazprom»un Ukraynaya satdığı qazın qiymətini həddən artıq artırması ilə izah edib.

Nazir deyib ki, rus qazının əvvəlki səviyyədə satılması ilə bağlı «Qazprom»la danışıqların davam edəcəyini də bildirib: «Nə qədər ki, qazın qiymətində razılıq əldə edilməyib, Rusiya qazı Ukraynaya nəql edilməyəcək».

Nazir eyni zamanda bildirib ki, Ukrayna mart ayı üçün verilən qaza görə Rusiya ilə hələ də hesablaşmayıb və bu məsələ açıq qalır.

 





09.04.2014    çap et  çap et