Şimali Koreyanın rəsmi mətbuatında Cənubi Koreyada hərbi vəziyyət böhranına toxunan bəyanatda deyilir. Açıqlamada Cənubi Koreyanın müvəqqəti administrasiyasının prezident Yoon Suk Yeolun həbsindən sonra belə Şimali Koreyaya qarşı “əzici güclə cəzalandırmaq” və “onları ağır bədəl ödəməyə məcbur etmək” kimi bəyanatlar verdiyi vurğulanıb və əlavə edilib: “Siyasi xaosun dərinləşdiyi bir mühitdə Cənubi Koreyanın Şimali Koreyaya qarşı düşmənçilik isteriyası getdikcə daha aydın görünür. Daha ciddisi, qarşıdurma və ehtiyatsız bəyanatlarla birlikdə edilən silahlanma hərəkətləridir”.
***
Cənubi Koreyanın ABŞ ilə müdafiə sahəsində əməkdaşlığı davam etdirməsinə diqqət çəkən açıqlamada Seul rəhbərliyinin Pxenyana qarşı hücum imkanlarını artırmaq üçün ABŞ-dan helikopter almağı planlaşdırdığı bildirilib.
“Dövlət başçısı müttəhimə çevrilmiş, güc mübarizəsi içərisində olan və var olmaq üçün mübarizə aparan marionet Cənubi Koreya ordusunun Şimali Koreyanı hədəf alan münaqişə hərəkətlərinə israrla əl atması vacibdir. ABŞ-ın marionet Cənubi Koreya ordusunu ruhlandırmaq rolunu öz üzərinə götürdüyü gün kimi aydındır” deyilir.
***
ABŞ-ın Cənubi Koreyanın “ağası” olduğu iddia edilən açıqlamada, “ABŞ-ın xidmətçisi olan marionet qüvvələr, ağalarının tələblərini yerinə yetirməlidir”, – bəyanatda qeyd edilib.
Açıqlamada Şimali Koreyanın düşmənin ehtiyatsız hərəkətlərinə əsla məhəl qoymayacağı vurğulanaraq, “Dəyişməyən əzəli düşmənlərin ümidsiz qarşıdurma hərəkətləri Şimali Koreyanın müdafiə qabiliyyətini daha radikal şəkildə gücləndirmək mövqeyinin haqlı olduğunu göstərir”.