Vaxt.Az

Müsəlman nazir oldu


 

Böyük Britaniya tarixində bir ilk

Müsəlman nazir oldu Böyük Britaniyanın mədəniyyət, KİV və idman naziri postunu sabiq bankir, müsəlman Səcid Cavid tutub.

Səcid Cavid bu postda aprelin 9-da maliyyə qalmaqalına görə istefaya getmiş Mariya Milleri əvəzləyib. Mariya Millerin dövlət büdcəsindən əsaslandırılmamış şəkildə vəsait xərclədiyi iddia olunur. O, dövlət büdcəsinə 5 min 800 funt ödəməlidir.

«Media forum» saytı bildirir ki, Bristolda pakistanlı ailədə doğulan Səcid Cavid uzun müddət bank sektorunda işləyib. O, 2010-cu ildə parlamentin deputatı seçilib.

Səcid Cavid 2013-cü ilin oktyabrından Böyük Britaniya Maliyyə Nazirliyinin maliyyə katibi postunu tuturdu.

 





09.04.2014    çap et  çap et