“Agence France-Presse”in (AFP) məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyi açıqlamasında bildirib ki, Lavrov və Rubio “iki prezidentin müəyyən etdiyi tonda qarşılıqlı hörmət əsasında hökumət dialoqunu bərpa etmək” üçün işləməyə hazırdır və “yüksək səviyyəli Rusiya-Amerika sammitinə hazırlıq da daxil olmaqla, müntəzəm təmaslara razılaşıblar”.
“The German Press Agency” (DPA) xəbər verir ki, tərəflər Rusiyanın Vaşinqtondakı diplomatik missiyalarının iş şəraitini daha da çətinləşdirmək üçün “ABŞ-ın keçmiş prezidenti Barak Obama tərəfindən irəli sürülən yanaşmanı” dayandırmaq üçün danışıqların aparılmasının vacibliyini vurğulayıblar.
“Tərəflər Ukraynadakı vəziyyətin, Yaxın Şərqdəki və regional məsələlərin həllində əməkdaşlıq etmək barədə razılığa gəliblər. Nazirlər Rusiya və Amerika xarici missiyalarının işinə maneələrin qarşılıqlı şəkildə aradan qaldırılması üçün addımlar barədə razılığa gəlmək üçün yaxın gələcəkdə ekspert görüşü keçirməyə razılaşıblar”, – deyə Rusiya Xarici İşlər Nazirliyi bildirib.
ABŞ prezidenti Donald Tramp dörd gün əvvəl axşam saatlarında Rusiya prezidenti Vladimir Putinlə 90 dəqiqəlik telefon danışığı apardığını və bu zaman onlar Rusiya və Ukrayna arasında müharibəyə son qoymaq məqsədilə danışıqlara başlamaq üçün tezliklə Səudiyyə Ərəbistanında görüşməyə razılaşdıqlarını açıqlayıb.