Vaxt.Az

Zelenski Türkiyəyə gəlir


 

Ukrayna prezidenti sabah Ankarada Türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşəcək

Zelenski Türkiyəyə gəlir Ukrayna prezidenti Vladimir Zelenski sabah Türkiyəyə rəsmi səfərə gəlir. Zelenskinin Ankaraya səfəri ilə bağlı Türkiyə prezidentliyinin kommunikasiyalar üzrə direktoru Fəxrəddin Altun, “Görüşlər zamanı Türkiyə-Ukrayna strateji tərəfdaşlıq əlaqələrinin bütün aspektləri nəzərdən keçiriləcək və iki ölkə arasında əməkdaşlığın daha da gücləndirilməsi üçün atılacaq addımlar müzakirə olunacaq”, – deyib.

Altun sosial media hesabındakı açıqlamasında, “Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğan çərşənbə axşamı, fevralın 18-də onun dəvəti ilə ölkəmizə rəsmi səfər edəcək Ukrayna Prezidenti Vladimir Zelenski ilə Prezident Kompleksində görüşəcək”, – paylaşımın edib.

Görüşlərdə Türkiyə-Ukrayna strateji tərəfdaşlıq əlaqələrinin bütün aspektləri nəzərdən keçiriləcək və iki ölkə arasında əməkdaşlığın daha da gücləndirilməsi üçün atılacaq addımlar müzakirə olunacaq. Səfər zamanı həmçinin Ukraynadakı son hadisələr, digər regional və qlobal problemlər ətrafında fikir mübadiləsi aparılacaq”.

 





17.02.2025    çap et  çap et