“Bloomberg” agentliyi OPEC+ nümayəndələrinə istinadən xəbər verir ki, OPEC+ ABŞ prezidenti Donald Trampın qiymətləri aşağı salmaq çağırışına baxmayaraq, apreldə başlaması planlaşdırılan bir sıra aylıq tədarük artımını təxirə salmağı düşünür.Danışıqlar şəxsi xarakter daşıdığı üçün adının açıqlanmasını istəməyən nümayəndələrdən biri bildirib ki, qlobal neft bazarları hazırda hasilatı artırmaq üçün hələ də çox kövrəkdir.
Agentliyin verdiyi xəbərə görə, başqa bir nümayəndə hələ heç bir qərar verilmədiyini və alyansın necə davam edəcəyi ilə bağlı fikir ayrılıqlarının olduğunu söylədi.
çap et