Çinlə Tayvan arasında hərbi gərginliyin artdıqca, Tayvan da müdafiəsini gücləndirmək üçün mühüm addımlar atmağa hazırlaşır. Ada hökuməti ABŞ-dan ən azı 7 milyard dollar dəyərində silah almağa hazırlaşır. Rəsmi Taypey bununla həm ABŞ-ın yeni administrasiyasının dəstəyini qazanmaq, həm də ordusunu müxtəlif növ silah sistemləri, o cümlədən Yüksək Mobil Artilleriya Raket Sistemi (HIMARS) ilə gücləndirmək niyyətindədir.“Reuters” agentliyinə adının açıqlanmasını istəməyən rəsmilərinə sözlərinə görə, Tayvan rəhbərliyi ordunun arsenalına HIMARS-dan başqa qanadlı raketlər əlavə etmək istəyir.
ABŞ-ın milli təhlükəsizlik müşaviri Mayk Ualtz, Tayvana silah satışının tez bir zamanda həyata keçirilməsini istədiyini, lakin ABŞ rəhbərliyinin məsələ ilə bağlı heç bir açıqlama vermədiyini bildirib.
Tayvanın Müdafiə Nazirliyi “Reuters”in hesabatına münasibət bildirməkdən imtina etdi, lakin müdafiəni gücləndirmək üçün səyləri davam etdirdiyini söyləyib.
çap et