Aprelin 8-də Mustafa Cəmiloğlu, Kırım Tatar Məclisi sədrinin müavini Aslan Ömər Krımlı, Məclis üzvü Rüstəm Umarov Ciddəyə yola düşüb. Səfərin ilk günündə Krım türklərinin təmsilçiləri Türkiyənin Ciddə böyükelçisi Fikrət Özerlə görüşüb.
Aprelin 9-da nümayəndə heyəti Məkkədə Ümrə ziyarətində olub. Səfərin sonuncu günü isə Krım türklərinin lideri Ciddədə İslam Birliyi Təşkilatının baş katibi İyad ben Amin Madani ilə görüşərək İslam dünyasından Krıma dəstək istəyəcək.
Onu da vurğulayaq ki, 2014-cü il martın 15-də Krım Tatar Məclisi İslam Birliyi Təşkilatına müraciət edərək İslam dünyasının böyük birliyi olan qurumu Ukraynadakı böhranın dinc yolla yatırılması, XX əsrdə öz torpaqlarında didərgin salınan Krım türklərinin növbəti dəfə bu cür ağır işgəncə görməsinin qarşısının alınması üçün öz nüfuzundan istifadə etməyə çağırmışdı.