Vaxt.Az

130 il vəhşilik


 

Əlcəzair prezidenti Fransanın müstəmləkə idarəçiliyini barbarlıq adlandırıb

130 il vəhşilik Əlcəzair prezidenti Əbdülməcid Tebbun Fransanın Əlcəzairdə 130 ildən çox davam edən müstəmləkə hakimiyyətini “barbar və dağıdıcı” adlandırıb.

Tebbune “18 Fevral Milli Şəhidlər Günü” münasibəti ilə 1830-1962-ci illər arasında Əlcəzair xalqının Fransız müstəmləkəçiliyinə qarşı etdiyi inqilablara diqqətçəkən bir mesaj yayımladı.

Əlcəzair Prezidenti “Milli Şəhidlər Günü”nü Əlcəzair xalqı tərəfindən azadlıq uğrunda canlarından keçmiş şəhidlərə bir rəhmət borcu kimi andıqlarını ifadə edib: “Təmiz torpaqlarımıza öz vəhşi və dağıdıcı üsulları ilə hökmranlıq edərək müstəmləkə siyasəti ilə 130 ildən artıq müddətdə şərəfli xalqın tərəqqisinə mane oldu. Daim azadlıq arzusunda olan xalqımızın imkanlarına, iradəsinə məhəl qoymayan sivilizasiya iddiasında olanların müstəmləkə üsul-idarəsi böyük bir inqilabla başa çatdı".

Tebbun, müstəmləkəçiliyi rədd edən Əlcəzair xalqının öz torpaqlarını qətiyyətlə azad etdiyini vurğuladı.

***

Əlcəzair 1954-cü il noyabrın 1-də 1830-cu illərdən qalma fransız işğalına qarşı müstəqillik mübarizəsinə başladı. Təxminən 1,5 milyon insanın həyatını itirdiyi şiddətli mübarizə nəticəsində Əlcəzair 1962-ci ildə müstəqilliyini əldə etdi.

İnsan haqları təşkilatları və tarixçilər Fransanın 1830-1962-ci illər arasında müstəmləkəçilik dövründə Əlcəzairlilərə qarşı qırğınlar törədildiyini, yüz minlərlə insanın deportasiya edildiyini bildirirlər.

Əlcəzair İnsan Hüquqlarını Müdafiə Liqası müstəmləkəçilik dövründə təxminən 10 milyon insanın öldürüldüyünü qeyd edir.

Fransa hələ də Afrikadakı müstəmləkə tarixinin ən son və ən qanlı nümunəsi olan Əlcəzairdəki cinayətlərini rəsmən tanımır.

Əlcəzairdə hər il fevralın 18-i Fransa müstəmləkəçiliyinə qarşı mübarizədə həyatını itirənlərin xatirəsinə Milli Şəhidlər Günü kimi qeyd edilir.

 





18.02.2025    çap et  çap et