Karyerasına uşaq ikən başlayan məşhur aktrisa bazar günü Cənubi Koreyanın paytaxtı Seuldakı evində ölü tapılmasından sonra “onlayn nifrət”in tənqidi və məşhurlara təzyiqlər gündəmdə olub.
Sosial mediada, xüsusilə Koreya mətbuatında sənətçilərin tənqidi, təzyiq və rəftarı dünya mətbuatında geniş işıqlandırılıb.
Xüsusilə məşhurlara qarşı sərt tənqidlərlə gündəmə gələn Cənubi Koreyada məşhur K-pop ifaçıları Sulli və Qu Haranın, eləcə də “Parazit” filminin baş rol ifaçılarından olan Li Sun Kyunun intiharı məşhurlara qarşı “sıfır tolerantlıq mədəniyyəti”nin dəyişdirilməsinin zəruriliyi ilə bağlı müzakirələri qızışdırıb.
Qəzetlərdə və mətbuat orqanlarında Kim haqqında mənfi xəbərlər, hətta onun bir filmdəki gülüşünün belə qəzetlərdə tənqid olunması məşhurlara qarşı tənqidçi münasibət çərçivəsində müzakirə olunmağa başladı.
“Hankook Ilbo” qəzeti bu problemdə media qurumlarının da əli olduğunu iddia edərək, Kimin ölümü ilə bağlı “təxribat xarakterli başlıqlar” yazaraq sənətçi haqqında mənfi xəbərlər hazırladıqlarını bildirib.
Yale Universitetindən Koreya eksperti Na Conq-ho Kimin ölümü ilə bağlı "Kim Sae-ron-un ölümü uçurumdan itən birinin ölümü kimi hiss olunur. İnsanlara ikinci şans vermədən səhvdən sonra basdıran bir cəmiyyət sağlam deyil”, – deyib.
Dünya mətbuatında gedən xəbərlərdə koreyalı sosial media istifadəçiləri tərəfindən davamlı olaraq tənqid edilən məşhurlara münasibətin dəyişməli olduğu vurğulanıb.
Bir çox hərəkətləri sosial mediada trendə çevrilən məşhurlara ünvanlanan mənfi şərhlərin səbəb olduğu ölümlərin internetdə təcavüz mədəniyyətindən qaynaqlandığı vurğulanıb.
“Keçmişi olmayan adam” və “Yeni həyat” kimi məşhur prodakşnlarla tanınan aktyor Kimin 2022-ci ildə sərxoş vəziyyətdə avtomobil idarə etməsi və ictimai əmlakı dağıdılması hadisəsindən sonra internet platformalarında məruz qaldığı təzyiqlər nəticəsində karyerasına fasilə verməsi, daha sonra intihar etməsi Cənubi Koreyada aktyorlara olan təzyiqləri ortaya qoyur.
***
Fevralın 16-da yerli vaxtla saat 16:50-də rəfiqəsi tərəfindən evində ölü tapılan Kimin ölümü ilə bağlı polis tərəfindən araşdırma başladılıb.
Polis, Kimin ölümündə sərt oyun şübhəsinin olmadığını bildirərək, aktrisanın arxasında heç bir qeyd və ya məktub qoymadığını qeyd edib.