“Bu kiçik dəyişikliyin əhəmiyyətli bir dönüş nöqtəsi olduğuna” diqqət çəkən xəbərdə Okinavadakı piyada sayının ilk dəfə olaraq azaldıldığı bildirilir.
ABŞ-ın Okinavadakı bazasında ümumilikdə təxminən 18.000 hərbçi var. 2013-cü ildə Vaşinqton və Tokio arasında bağlanmış müqaviləyə əsasən, ən azı 9 min Amerika piyadası adayı tərk etməlidir. Bununla belə, hesabatda Okinavada yeni bazaların tikildiyi və bu geri çəkilmə prosesinin ən azı 10 il çəkə biləcəyi vurğulanır.
Digər tərəfdən, NYT yazır ki, bu gecikmə “Çinin regionda nüfuz qazanmasının qarşısını almaq istəyən” Yaponiya və ABŞ üçün “ciddi problem yaratmır”.
Hesabatda saziş imzalanarkən ABŞ-ın Qərbi Sakit okeanda daha güclü mövqedə olduğuna, lakin Çinin hazırda bölgədəki təsirini artırdığına diqqət çəkilir.
Çinin Tayvanı işğal edəcəyi bir müharibə vəziyyətində Şərqi Çin dənizindəki Okinavanın "cəbhə xəttində" olacağı da bildirilir.
2013-cü il müqaviləsi üzrə danışıqlarda rol oynamış ABŞ Müdafiə Nazirliyinin keçmiş rəsmisi Kristofer B. Constoun aşağıdakı dəyərləndirməni edir: “Müqavilədən neçə il keçib, cəmi yüzə yaxın piyada köçürülüb. Hər iki tərəf prosesin getmədiyini bilir, amma heç kim tədbir görmür”.
İkinci Dünya Müharibəsində məğlub olan Yaponiya 1945-1952-ci illər arasında Müttəfiq Dövlətlərin nəzarətində idi. İşğal 28 aprel 1952-ci ildə qüvvəyə minən San Fransisko Sülh Müqaviləsi 8 sentyabr 1951-ci ildə imzalanması ilə sona çatdı.
Bununla belə, ABŞ ordusu müxtəlif bazalarla Yaponiyada mövcudluğunu davam etdirir. 1959-cu ildə Kadena aviabazasından ABŞ hərbi təyyarəsinin indi Uruma kimi tanınan ərazidə qəzaya uğraması nəticəsində 18 nəfər həlak olmuşdu. Bundan əlavə, 1995-ci ildə Okinavada üç amerikalı əsgərin ibtidai məktəbli qızını zorlaması Yaponiyada kütləvi etirazlara səbəb olmuşdu. 2004-cü ildə Okinava Beynəlxalq Universitetinin kampusunda ABŞ hərbi helikopteri qəzaya uğramışdı.