Çıxış zamanı o, Ukraynada radikal qüvvələrin hakimiyyətə gəlməsinin yolverilməz olduğunu deyib, istər «Pravıy sektor», istərsə də yeni yaranmış Russkiy sektor» hakimiyyətə gəlməli deyillər», - deyə bildirib.
Bununla yanaşı, Libor Rusek Ukraynanın bütün problemlərinin yekunda ərazi bütövlüyünün qorunmasına gətirib çıxardığını deyib. «İstər seçkilərin şəffaflığı, istər vergilərin mərkəzi büdcəyə verilməsi, istər korrupsiya ilə mübarizə və ya digər məsələlər Ukraynanın ərazi bütövlüyünə bağlıdırlar», - o əlavə edib.
Həmçinin avroparlamentari Aİ-nin Rusiya ilə soyuq müharibəyə başlamaq fikrində olmadığını, «Avropanın qərbindən Rusiyanın şərqinədək» hər kəsin Ukrayna ilə əməkdaşlıq etməli olduğunu söyləyib. Buna baxmayaraq, o, Rusiyanın indiyədək heç vaxt bu cür aqressiv propaqanda yürütmədiyini də qeyd edib.