Bildirilib ki, Vaşinqton şəhərinin Kolumbiya vilayətində yəhudi təşkilatları Konqresdə Qafqazda din azadlığına həsr olunmuş forum keçirib.
“Məktəb Təhsilində Sülh və Mədəni Tolerantlığın Monitorinqi İnstitutu məlumat verib ki, Azərbaycan müsəlman əhalisi çoxluq təşkil edən ölkələr arasında dərsliklərinə antisemitizmin tərifini daxil edən ilk ölkə olub”, – deyə məqalədə deyilir.
Bakı Səfərad İcmasının baş ravvini Zamir İsayev forumda Azərbaycanın mövqeyini təqdim edərək respublika hökumətinin yəhudilərə qarşı hər hansı təhdidi dövlətin sabitliyinə təhdid kimi qəbul etdiyini və yerli yəhudilərin özlərini təhlükəsiz hiss etdiklərini vurğulayıb.
Z.İsayev iştirakçıları, o cümlədən ABŞ nümayəndəsi Tim Kennedini Azərbaycana səfər etməyə və yəhudi-müsəlman simbiozunun nümunəsinin şahidi olmağa dəvət edib.
Məktəb Təhsilində Sülh və Mədəni Tolerantlığın Monitorinqi İnstitutunun hesabatında təsdiqlənir ki, Azərbaycan dərsliklərdən anti-İsrail ifadələrini çıxarıb və yəhudiliyin müsbət obrazlarını, o cümlədən yəhudi duaları və Holokost haqqında məlumatları daxil edib.
Hesabatda Azərbaycan dini tolerantlığı və müxtəlifliyi təşviq etməsi ilə fəxr edir və öz dəyərlərini qonşu İranın dəyərləri ilə müqayisə edir.