Vaxt.Az

“Amerika körfəzi” senzurası


 

Trampın Oval kabinetə giriş üçün tələbi

“Amerika körfəzi” senzurası ABŞ prezidenti Donald Tramp, “The Associated Press” (AP) Meksika körfəzinin adının “Amerika Körfəzi” olaraq dəyişdirilməsi əmrindən sonra məsələ ilə bağlı mövqeyini dəyişməyincə Oval kabinetə girə bilməyəcəyini bildirib: “Onların nə etdiklərini bilmirəm, amma mən sadəcə deyirəm ki, onlar buranın Amerika Körfəzi olduğunu qəbul edənə qədər kənarda qalacaqlar”.

Tramp öz sərəncamına istinad edərək deyib ki, o, AP-nin köhnə addan istifadə etməkdə israrlı olmasını başa düşə bilmir və bunun “gülünc” olduğunu düşünür.

“Onlar bizə heç bir yaxşılıq etmirlər və mən də onlara yaxşılıq edəcəyimi düşünmürəm. Həyat belə işləyir”, – deyə Tramp bildirib.

AP məsələ ilə bağlı verdiyi açıqlamada Tramp administrasiyasının mətbuat azadlığının əsas prinsipini pozduğunu əsas gətirərək Ağ Evi ittiham edib.

***

AP, Donald Trampın “Meksika körfəzi” adının “Amerika Körfəzi” olaraq dəyişdirilməsi ilə bağlı əmrinə əməl etməyəcəyini açıqlayıb.

Açıqlamada Trampın fərmanının Meksikaya və ya digər beynəlxalq təşkilatlara aid olmadığı, ABŞ-a şamil edildiyi bildirilib.

Tramp yanvarın 20-də Ağ Evdə Meksika körfəzinin adının dəyişdirilərək “Amerika Körfəzi” adlandırılması barədə sərəncam imzalayıb.

“Prezident Tramp hökumətə sağlam düşüncə gətirir və Amerika sivilizasiyasının əsaslarını yeniləyir”, - sərəncamda deyilir.

 





19.02.2025    çap et  çap et