Vaxt.Az

300-ə yaxın miqrant Panamada saxlanılır


 

Prezident Mulino: “1 dollar belə investisiya qoymayacağıq”

300-ə yaxın miqrant Panamada saxlanılır ABŞ-dan deportasiya edilən 300-ə yaxın qeyri-qanuni immiqrant onların ölkələrinə qaytarılması prosesi başlayana qədər Panamada bir oteldə saxlanılır. Səlahiyyətlilər Panamanın ABŞ-dan deportasiya edilən, lakin birbaşa öz ölkələrinə göndərilə bilməyən qeyri-qanuni miqrantlar üçün “körpü ölkəsi” olduğunu bildiriblər.

Rəsmilər, əsasən İran, Hindistan, Pakistan, Əfqanıstan, Nepal, Şri Lanka və Çin kimi Asiya ölkələrindən olan immiqrantın ABŞ-dan deportasiya edildiyini və ölkələrinə qayıdana qədər Panamada yerləşdirildiyini və bütün yaşayış xərclərinin ABŞ tərəfindən qarşılandığını qeyd edib.

Panama ictimai təhlükəsizlik naziri Frank Abreqo deportasiya edilən 299 nəfərdən 171-nin könüllü olaraq ölkələrinə qayıtdığını, geri qayıtmaqdan imtina edənlərin isə müvəqqəti olaraq ölkənin Darien əyalətindəki bir müəssisədə saxlanılacağını bildirib.

Panama prezidenti Xose Raul Mulino fevralın 3-də ABŞ-ın dövlət katibi Marko Rubio ilə görüşündən sonra Darien əyalətinin Meteti şəhərində miqrantların geri qaytarılması prosedurlarını həll etmək üçün ABŞ-a təklif təqdim etdiyini açıqlayıb.

“Düşünürəm ki, belə olacaq. Biz Panamadan tranzit məntəqəsi kimi istifadə ediləcək və transferlər buradan həyata keçiriləcək. Düzünü desəm, bu, bizim üçün çox uyğun bir həldir. ABŞ bütün xərcləri qarşılayaraq, prosesi rahat şəkildə idarə edə bilər. Panama buna 1 dollar belə investisiya qoymayacaq”, – deyə Mulino bildirib.

 





19.02.2025    çap et  çap et