Vaxt.Az

Rusiyaya qarşı yeni sanksiya


 

AB ölkələri 16-cı paketlə bağlı razılığa gəliblər

Rusiyaya qarşı yeni sanksiya Avropa Birliyinə (AB) üzv ölkələr Rusiyadan alüminium idxalını qadağan edən və Rusiyanın kölgə donanmasını hədəf alan yeni sanksiyalarla bağlı ortaq məxrəcə gəliblər.

AB Komissiyasının sədri Ursula fon der Leyen sosial media hesabında təşkilata üzv ölkələrin fevralın 24-də Rusiya-Ukrayna müharibəsinin ildönümü üçün hazırlanan 16-cı sanksiya paketi ilə bağlı razılığa gəldiyini açıqlayıb: “Mən 16-cı sanksiya paketimizlə bağlı razılaşmanı alqışlayıram, – deyən von der Leyen, paketin AB-nin kölgə donanmasında olan gəmiləri hədəf aldığını və ölkəyə yeni idxal və ixrac qadağaları tətbiq edəcəyini söyləyib.

Von der Leyen sanksiyalardan yayınma cəhdlərinə qarşı da tədbir gördüklərini qeyd edib və Kremlə təzyiqləri davam etdirməkdə qərarlı olduqlarını bildiriblər.

Tam təfərrüatları açıqlanmayan yeni sanksiyalara Rusiya alüminium məhsullarının AB-yə idxalına mərhələli qadağa qoyulması və xam neft satışını hədəfləyən tədbirləri sərtləşdirəcək.

Sanksiya siyahısına bəzi Rusiya bankları və çoxlu sayda fiziki şəxslər və şirkətlər ilə yanaşı, Rusiyanın məhdudiyyətləri pozaraq xam neft ixrac etmək üçün istifadə etdiyi 73 kölgə donanması tankeri də yer alacaq.

AB indiyədək müharibə səbəbindən Rusiyaya qarşı 15 sanksiya paketi tətbiq edib. Bu kontekstdə Rusiya ticarət, maliyyə, enerji, o cümlədən neft və kömür, sənaye, texnologiya, nəqliyyat, qızıl və almaz da daxil olmaqla geniş məhdudiyyətlərə məruz qalıb.

Sanksiyalar həmçinin xam neftin və bəzi neft məhsullarının Rusiyadan AB-yə daşınmasına qadağa, bəzi Rusiya banklarının SWIFT beynəlxalq ödəniş sistemindən çıxarılması və bir çox yayım təşkilatlarının fəaliyyətinin dayandırılmasını da əhatə edir.

AB-nin sanksiya siyahısında 2000-dən çox şəxs və qurum var.

 





19.02.2025    çap et  çap et