“Cari mövsüm Əsasnaməyə uyğun olaraq, sonuncu yeri tutan komanda Premyer Liqanı tərk edəcək, əvəzində I Liqadan 3 komanda birbaşa yüksək dəstəyə vəsiqə qazanacaq”.
Bu əladır. İdman və ədalət prinsipləri qorundu. AFFA-nı təbrik edir, alqışlayıram. Bu qərar quruma, onun rəhbərliyinə olan etimad və etibarı artıracaq, sistemli inkişafa kömək edəcək.
Çempionatın formatı ilə bağlı suala da aydınlıq gəlib.
“Azərbaycan Premyer Liqasında 2025/2026-cı illər mövsümünün formatı müzakirə edilib. Qərara alınıb ki, növbəti mövsüm 12 komandanın iştirakı ilə 3 dövrədən (33 turdan) ibarət olsun. III dövrənin oyunlarında meydan sahibi olacaq komandalar püşk əsasında müəyyənləşdiriləcək”.
Bu da doğru qərardır. Altılıq, dördlük və sairə bu kimi calaq formatlar özünü doğrultmur və xeyli suallara yol açır. Ona görə də bu gün üçün ən idealı 3 dövrəli, 33 turluq çempionat idi ki, o da rəsmiləşdi.
Doğru işlər görülür. Davamlı olsun!