Vaxt.Az

Radikallar seçkilərdən çəkildi


 

«Molzerin baxışlarına Avropada yer olmadığını bildirmişdi»

Radikallar seçkilərdən çəkildi Adı irqçilik qalmaqalında hallanan Avstriyanın radikal sağçı siyasətçisi Andres Molzer (Andreas Molser) gələn ay Avropa seçkilərində öz partiyasından namizədliyini verməyəcəyini bildirib. O, bu addımı Avstriya prezidenti Haynts Fişerin ona seçkilərdən birdəfəlik uzaqlaşma təklifindən sonra atıb. Məlumatı «BBC» yayıb.

Lakin «Azadlıq» partiyasından olan (FPÖ) Molzer hələ də müstəqil namizəd kimi seçkilərdə iştirak edə bilər. O, 28 üzvlü Avropa İttifaqını «zəncilərin konqlomeratı» adlandırdığına görə ciddi tənqid olunmuşdu.

Aprelin 8-də Molzer adının avroskeptik FPÖ partiyasının siyahısında öndə olmayacağını deyib. Lakin sözçüsü daha sonra onun «FPÖ» siyahısından birdəfəlik çıxacağını bildirib.

Avstriya kansleri Verner Fayman da Molzerin seçkilərdən uzaqlaşmasını istəyib. «Bu cür şəxs Avstriyanı Avropa Parlamentində təmsil etməməlidir», - o deyib.

Molzer əvvəllər Avropa İttifaqının Hitlerin üçüncü Reyxini «qeyri-rəsmi və liberal» hesab etməkdə günahlandırmışdı. Daha sonra isə bu ifadələrinə görə üçün üzr istəmişdi.

 

Qərar tənqidə görə qəbul olunmayıb

 

İctimai rəy sorğularına görə, immiqrasiyaya qarşı çıxan «FPÖ» partiyası 20 faiz səs toplayıb. Molzer bildirib ki, onu bu qərarı qəbul etməyə məcbur edən partiyaya inamının açıq şəkildə itməsi olub.

Avstriyanın «ORF» telekenalına görə, o bu qərarı mətbuatın davamlı təzyiqi və respublika siyasi hökumətinin hiddətli tənqidi nəticəsində qəbul etmədiyini bildirib.

Molzer radikal sağçıları ona qarşı «cadugər ovu»na çıxmaqda günahlandırıb.

 

Molzerin baxışlarına yer yoxdur

 

Əvvəllər prezident Fişer də Avstriya qəzetinə müsahibəsində ona istefa verməyi təklif etmişdi. O, Molzerin baxışlarına Avropa Parlamentində yer olmadığını bildirmişdi.

Azadlıq Partiyasının lideri Heinz-Kristian Straşe də Molzerdən uzaqlaşıb. Qeyd edək ki, hər iki siyasətçi aprelin 7-də görüş keçiriblər. ««FPÖ» partiyasında hər kəs öz sözlərinə fikir verməlidir», - Straşe deyib.

Partiyanın baş katibi Herbert Kikl (Herbert Kickl) bildirib ki, «FPÖ» şübhəsiz ki, «Avstriyanın vətənpərvər siyasi qüvvəsi» olaraq nasizm və irqçilikdən çox uzaqdır.

«BBC» müxbiri Betani Bellin (Bethany Bellin) Vyanadan verdiyi məlumata görə, aparılan son sorğulara əsasən, «FPÖ» Avstriyanın hakim Sosial Demokratlar və Mühafizəkarlar partiyasını üstələyib. Hal-hazırda «FPÖ» Avstriyada aparıcı müxalifət partiyadır.

Ötən həftə «FPÖ» partiyası yeni «Ümid üçün Gənc Avropa İttifaqı» (YEAH) koalisiyası yaratmaq üçün Fransanın «Milli Cəbhə» (FN) Partiyası, Belçikanın «Vlaams Belang» və İsveçin «Demokratlar» Partiyasına qoşulub.

 





10.04.2014    çap et  çap et