Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının (RSSİ) sədri Aleksandr Şoxin bildirib ki, ABŞ-ın anti-Rusiya sanksiyalarını yumşaltması ehtimalına baxmayaraq, Avropa təzyiqləri davam etdirəcək.
Paytaxt Moskvada keçirilən tədbirdə çıxış edən Şoxin bildirib ki, Rusiya şirkətləri sanksiyalar təzyiqi ilə mübarizəni davam etdirir.
Qərb ölkələrinin 2014-cü ildən bəri Rusiya şirkətlərinə yeni texnologiyalarla bağlı məhdudiyyətlər tətbiq etdiyinə diqqət çəkən Şoxin, “Rusiyada bu təzyiqi ən çox hiss edən sektorlar yanacaq və enerjidir”, – deyib.
Rus şirkətlərinin də yeni bazarlara girməkdə çətinlik çəkdiyini izah edən Şohin, “Yalnız enerji sektorunda deyil, nəqliyyat, logistika və ödənişlərdə də problemlər davam edir”, – deyib.
Şoxin Rusiyaya qarşı sanksiyaların yumşaldılması ilə bağlı proqnozunu da bölüşərək, “Amerikalılar onları yüngülləşdirə bilər, amma avropalılar təzyiqləri artıra bilər. Ona görə də 2025-ci ildə sanksiya təzyiqinin əhəmiyyətli dərəcədə azalacağını gözləməyə heç bir əsas yoxdur”, – deyib.
Qərb ölkələri Ukrayna müharibəsindən sonra Rusiyaya qarşı hərtərəfli sanksiyalar tətbiq etməyə başlasa da, son Rusiya-ABŞ danışıqları sayəsində Rusiya bazarları və rus rublu dəyər qazanıb.
çap et