Aİ Komissiyasının rəhbəri Joze Manuel Barrozo Aİ-nin layihə ilə bağlı yeni planına mane olmamaq və ya Ukrayna hadisəsinə Aİ-nin ümumi reaksiyasının qarşısını almamaqla bağlı Bolqarıstan siyasətçilərinə xəbərdarlıq edib. «Biz Bolqarıstana ehtiyatlı olmağı məsləhət görürük», - Bolqarıstan mətbuatına görə, o belə deyib.
Barrozu hakim Sosialist Partiyada Kremllə ikitərəfli razılıq əldə etməyə çalışan şəxslərə istinad edərək, Bolqarıstanda Rusiyanın casusları olduğunu bildirib.
Bu xəbərdarlıq Ukraynanın investorları təşvişə saldığı bir vaxtda yayılıb. Rusiya yönümlü etirazçılar Ukraynanın Donetsk şəhərində hökumət binalarını ələ keçirmiş və bölgəni «müstəqil» elan etmişdilər. Bundan sonra Moskva banklararası valyuta birjasında (MİCEX) aksiyaların kursu 2.4 faiz, rublun məzənnəsi isə dollara nisbətdə 1 faiz azalmışdı. Etirazçılar həmçinin Xarkov və Luqans şəhərlərində də hökumət binaları ələ keçirmişdilər.
Bundan əlavə, Ukrayna baş naziri Arseniy Yatsenyuk prezident Vladimir Putini Ukraynanın ağır sənaye mərkəzi olan Donbas bölgəsini ələ keçirmək üçün bəhanə axtarmaqda günahlandırıb. «Bu ssenarinin məqsədi Ukraynanı parçalamaq və Ukraynanın bir hissəsini Rusiya diktatorluğu altında olan kölə əraziyə çevirməkdir», - o deyib.