Almaniya kansleri “Der Spiegel” jurnalına, “Zelenskinin demokratik legitimliyini inkar etmək sadəcə olaraq yanlış və təhlükəlidir”, – deyib.
“Vladimir Zelenski Ukraynanın seçilmiş prezidentidir. Müharibə şəraitində düzgün seçkinin keçirilə bilməməsi Ukrayna konstitusiyasına və seçki qanunlarına uyğundur. Heç kim bunun əksini iddia etməməlidir”, – deyə Şolz bildirib.
Ukraynada müharibəni prezident Vladimir Putinin dövründə Rusiyanın başladığını bildirən Şolz, “Ukrayna üç ilə yaxındır ki, Rusiyanın təcavüzünə qarşı özünü müdafiə edir”, – deyib.
***
Xarici işlər naziri Annalena Birbok da Trampın şərhlərini qəti şəkildə rədd edərək, ZDF televiziyasına, “Bu, tamamilə cəfəngiyatdır”, – deyib.
“Əgər siz real dünyaya baxsanız və sadəcə tvit yazmaqla kifayətlənməsəniz, Avropada təəssüf ki, diktatura şəraitində yaşamalı olan insanların kimlər olduğunu bilirsiniz. Bunlar Rusiyada, Belarusda olan insanlardır”, – Birbok deyib.
Ukraynalıların hər gün azad demokratiyaları üçün mübarizə apardıqlarını ifadə edən nazir, "Biz avropalılar olaraq, demokratiyamızı birlikdə təmin edə bilməmiz üçün Avropa Birliyinə gedən yolda onları dəstəkləyirik, – deyib.
ABŞ prezidenti Donald Tramp Zelenskini ölkəsində seçki keçirmədiyinə görə tənqid edərək, “Seçki keçirməyən diktator Zelenski, tez davransa yaxşı olar, yoxsa ölkəsini itirəcək” deyib.