ABŞ Federal hökumətinin rəsmi qəzetində dərc olunan qərarda ABŞ-ın Venesuela, Salvador və Meksikadakı cinayət dəstələrini “xarici terror təşkilatı” olaraq təyin etdiyi açıqlanıb.
Bu qərarla Venesuelada “Tren de Aragua”, Salvadorda “MS-13” və Meksikada 6 kartel ABŞ tərəfindən “xarici terror təşkilatı” olaraq tanınıb.
“Əgər bu fərman Meksikada ekstraterritorial hərəkətlərə aiddirsə, biz onları qəbul etmirik”, –prezidenti Klaudiya Şeynbaum qərardan əvvəl verdiyi açıqlamada bildirib. Ölkə başçısı Meksikanın suverenliyinin hər hansı səbəbdən pozulmasını rədd etdiklərini bildirdi.
“Əgər onlar ABŞ-da fəaliyyət göstərən çirkli pulların yuyulması və narkotik ticarəti ilə məşğul olan cinayətkar qrupları daha da araşdırmaq üçün bu fərmanı versəydilər, bu, çox yaxşı olardı”, – deyən Şeynbaum Meksikanın birgə araşdırmaların aparılması ilə razılaşdığını bildirib.