Vaxt.Az

«Get, dönmə geri...»


 

AKP-çilər Gülün qayıtmasını istəmir

«Get, dönmə geri...» «Abdullah Gül AKP-yə qayıtsa buna heç kim etiraz etməz, etsə də bunun heç bir mənası olmaz. Amma onun partiyaya qayıtmasını doğru hesab etmirəm». ANS PRESS-in xəbərinə görə, bunu AKP-nin Qaziantepdən olan millət vəkili Şamil Təyyar deyib. Telekanallardan birində qonaq olan Təyyar aparıcının bir çox sualına cavab verib. Millət vəkili prezident Gülün partiyaya qayıtmasının siyasətə zərər verəcəyini deyib.

«Abdullah Gül qayıtmaq istəsə heç kim buna etiraz etməz. Gəlsə heç bir problem də olmaz. Amma cənab Gülün prezident vəzifəsindən sonra siyasətə qayıtmasını doğru hesab etmirəm. Mənə görə cənab Gül qayıtmamalıdır. Bu o demək deyil ki, qayıtsa partiyamıza ziyanı olar. Əksinə çox xeyri olar. Amma siyasət kursumuza ziyanı dəyər».

 





10.04.2014    çap et  çap et