Vaxt.Az

“Yaşasın Kral”a etiraz


 

Nyu-York qubernatoru: “Biz qanunlar xalqıyıq”

“Yaşasın Kral”a etiraz ABŞ prezidenti Donald Trampın Nyu-Yorkda tıxaclara uyğunlaşdırılmış gediş haqlarını ləğv etmək qərarı onu “Yaşasın Kral!” qışqırmağa vadar edib. Nyu-York qubernatoru Keti Hoçul onun bu ifadələri işlətməsinə etiraz edib.

Nyu-York qubernatoru ABŞ prezidentinin özünü “kral” kimi təsvir etməsini tənqid edərək, “Biz kral tərəfindən idarə olunmayan qanunlar xalqıyıq”, – deyib.

***

Hoçul, “X” sosial media platformasında bəyanat verib.

Hoçul eyni zamanda, Trampın ləğv etdiyi tıxaclara uyğunlaşdırılmış tariflərin müsbət nəticələr verdiyini bildirib və bu təcrübəni qorumaq üçün qanuni tədbirlər gördüklərini açıqlayıb.

***

ABŞ Nəqliyyat Departamenti Nyu-York Metropolit Nəqliyyat İdarəsinin (MTA) mübahisəli tıxac qiymət planına dəstəyi geri götürdüyünü və proqramın dayandırılması prosesini dövlət rəsmiləri və müvafiq maraqlı tərəflərlə müzakirə edəcəyini açıqlayıb.

Nyu-Yorkda tıxaclara görə tənzimlənən qiymətləri ləğv edən Tramp özü haqqında "Tıxac qiymətləri öldü. Manhetten və bütün Nyu-York xilas oldu. Yaşasın kralımız!” deyərkən Ağ Ev də Trampı “kral” kimi təsvir edən jurnalın üz qabığını paylaşıb.

Tramp və Ağ Evin “kral” mövzulu paylaşımları sosial mediada gündəm olub.

Digər tərəfdən, tarifdən əvvəl hər gün 700 mindən çox avtomobilin Nyu-Yorkun Manhetten bölgəsinə daxil olduğu və nəqliyyatın orta hesabla saatda 11 km-ə qədər yavaşladığı və bunun 2010-cu illə müqayisədə 23 faiz az olduğu bildirilib.

 





20.02.2025    çap et  çap et