Burada müxtəlif çıxışlar edən etirazçılar daha sonra baş nazir Kiriakos Mitsotakisin iştirak etdiyi tədbirin keçirildiyi hotelə doğru hərəkət ediblər.
Polisin ciddi təhlükəsizlik tədbirləri görərək otelə gedən yolları bağlamasından sonra nümayiş başa çatıb.
Aksiyaya arıçılar və damazlıqçılar da dəstək veriblər.
İstehsal xərclərini azaltmaq üçün fermerlər kənd təsərrüfatında istifadə olunan dizel yanacağının vergidən azad edilməsini, elektrik enerjisinin qiymətinin aşağı salınmasını, kənd təsərrüfatı fəaliyyəti ilə bağlı edilən alışlardan ƏDV-nin ləğv olunmasını, təbii fəlakətlər nəticəsində kənd təsərrüfatı torpaqlarına dəymiş bütün zərərin ödənilməsini, pensiyaların artırılmasını tələb edirlər.