Tədqiqatçılar məzarı kral ailəsindən olan qadınların məskəni olduğu güman edilən bir yerdə tapdıqlarını və dəfn kamerasında məzarın firona aid ola biləcəyini göstərən bəzək əşyaları aşkar etdiklərini bildiriblər.
Tədqiqatçılar məzarın içərisindəki əhəng daşından keçirərək, üzərində II Tutmozun və onun həyat yoldaşı Kraliça Hatşepsutun adları yazılmış alebastr küplərinin parçalarını tapıblar.
Uzun illərdir Luksordakı Krallar Vadisində araşdırma aparan qrupun rəhbəri Pirs Literland ilk dəfə məzara aparan bir pilləkən tapdıqlarını bildirib.
Literland, 12 illik vasvası işdən sonra çatdıqları dəfn otağında yalnız kral məzarlarında tapılan sarı ulduzlu mavi tavana sahib olduğuna diqqət çəkib.
Arxeoloq II Tutmozun qalıqlarının məzarın su altında qalması səbəbindən bir neçə il sonra orijinal yerindən başqa yerə köçürüldüyünü bildirbi.
Eramızdan əvvəl 1493-1479-cu illər arasında hökm sürdüyü güman edilən II Tutmoz Luksor şəhərində 19 yaşında vəfat edən gənc firon Tutanxamonun əcdadı idi.
Firon Tutanxamonun məqbərəsi 1922-ci ildə ingilis arxeoloqu Hovard Karter və komandası tərəfindən açılıb.