Mask 2025-ci il Mühafizəkar Siyasi Fəaliyyət Konfransı (CPAC) çərçivəsində keçirilən tədbirdə çıxış edib.
Qiymətli metalların saxlandığı “Fort Knox”da qızıl ehtiyatlarının yoxlanılması ilə bağlı açıqlamalarını təkrarlayan Mask, buradakı qızılların Amerika xalqına aid olduğunu vurğulayıb.
Fed-i yoxlamağı düşünüb-düşünmədiklərini soruşduqda, Mask “Bəli, əlbəttə”, – deyib.
Lazımsız maliyyə xərclərinin demək olar ki, hər yerdə olduğuna diqqət çəkən Mask, yoxlamalar bəzi şeyləri bir az da çətinləşdirərək, amma əvəzində milyardlarla dollara qənaət edilə biləcəyini bildirib.