Rusiya hökumətindən verilən yazılı açıqlamada, benzinin ixracına martın 1-də bitməli olan məhdudiyyətlərin avqustun 31-dək uzadıldığı bildirilib.Benzin istehsalçıları üçün güzəştin davam edəcəyinə dair məlumatların yer aldığı bəyanatda, “Neft emalı zavodlarına və neft emalı zavodlarına sahib olan neft şirkətlərinə yanacaq ixracına icazə veriləcək”, – deyilir.
Rusiyada neft emalı zavodlarının pilotsuz uçuş aparatlarının (PUA) hücumlarına məruz qalması və xüsusilə kənd təsərrüfatı sektorunda artan tələbat səbəbindən benzinin qiyməti qalxıb.
Qiymət artımı ilə əlaqədar hökumət ara-sıra ixrac məhdudiyyətləri qoyur.
çap et