Şapur Əli Rza Pəhləvi 1954-cü ildə özünün idarə etdiyi təyyarənin qəzaya uğraması nəticəsində həlak oldu. Məhəmməd Rza şahın o vaxt oğlu olmadığından qardaşı vəliəhd sayılırdı. Onun ölümündən sonra isə oğlu Əli Patrik taxt-tacın vəliəhdi oldu (bu vəziyyət şahın 1960-cı ildə oğlu olana qədər davam etdi).
Əli Patrik Pəhləvi 1970-ci ilin əvvəllərinə kimi daha çox anasının yanında yaşayır, sonra İranda məskunlaşır. 1975-ci ildə SAVAK polisi onun iki yaxın dostunu (ər və arvad) öldürür. Əli Patrik buna kəskin etiraz edir və nəticədə özü də həbs olunur. Deyilənlərə görə, həbsdə “yalançı edam” kimi psixoloji işgəncəyə belə məruz qalır.
Nənəsi, şahın anası Tac-ül Mülk Ayrımlının məsələyə müdaxiləsindən sonra Əli Patrik həbsdən buraxılır və Türkmənistanla sərhəddə yerləşən Kəlalə şəhərinə sürgün edilir. Şahzadə sonrakı illərdə də şah rejimini xüsusən korrupsiyaya görə kəskin tənqid edir.
İslam inqilabından sonra İranı tərk etmir. Özünün dediyinə görə, ona münasibət baxımından fars-molla rejimi iki yerə bölünür, bir hissəsi həbsinə tərəfdar olur, bir hissəsi isə toxunulmamasını istəyir. Əli Patrik dörd dəfə həbs edilir, amma dördündə də qısa müddət sonra buraxılır. Nəhayət, beşinci həbsi barədə informasiya alanda həyatı ilə çilingağac oynamamağı qərara alır və İranı tərk edir.
1970-ci illərin əvvəllərində Sonya Lauman ilə evlənən Əli Patrik Pəhləvinin üç oğlu var. Hazırda Fransada yaşayır.