Rusiya-Amerika-Ukrayna “döyüş”lərindən fərqli olaraq, ABŞ-ın Lukaşenko rejimi ilə danışıqları daha məhsuldar gedir və onların nəticələri yaxın gələcəkdə görünəcək. Belarus prezidenti çox maraqlı ikili oynayır. O, Moskvanı inandıra bilib ki, az qala Rusiyanın maraqlarını təmsil edəcək, öz şəxsi və ölkəsinin maraqlarını üçüncü yerə olmasa da, hər halda, arxa plana keçirəcək. Amma, deyəsən, hər şeyi tam tərsinə edir.
Lukaşenko özünü amerikalılara qarşı “Putinin antipodu” hətta, özünün tamamilə asılı vəziyyətdə olduğu bir şəraitdə də “Rusiyanın imkanlarını məhdudlaşdıran əsas amil” kimi təqdim edir. Belarus Respublikasının lideri praktiki olaraq ABŞ-a özünün Rusiyadan asılılığının azaldılması müqabilində keçid proqramını həyata keçirməyi təklif edir. Bu, o demədir ki, Lukaşenko “bütün” siyasi məhbusları mərhələli şəkildə də olsa, azad edəcəyini və əvəzində açıq bazarlara və iri həcmli maliyyəyə çıxış əldə edərək ölkəsinin “demokratikləşdirilməsini” həyata keçirəcəyini vəd edir ki, bu da Belorus prezidentinin fikrincə, ABŞ üçün “sadə bir işdir”. Bu danışıqlarda Rusiyanın hər hansı maraqlarından söhbət belə getmir. Mümkündür ki, Trampın komandası tezliklə, Lukaşenkonu hətta Avropa üçün demokratiya nümunəsi elan etsin.