Türkiyə ilə Avropa raket konsorsiumu MBDA arasında davam edən danışıqlar günlər və həftələrdir Afinanı narahat edir.
Yunanıstanın baş naziri Kiriakos Mitsotakis fevralın əvvəlində Brüsseldə keçirilən AB sammitində və Parisə rəsmi səfəri zamanı Fransa prezidenti Emmanuel Makronla görüşüb və Makrondan Türkiyəyə METEOR raketləri satmamasını istəyib.
***
Yunanıstan mətbuatının yazdığına görə, Fransa lideri Mitsotakisin təklifini nəzakətlə rədd edərək bildirib ki, Fransa METEOR raket sisteminin satışına rəhbərlik etmir, çünki bu, çoxmillətli raket istehsalçısı olan MBDA konsorsiumunun məhsulu idi. Fransa Silahlı Qüvvələr naziri Lekornux da Paris administrasiyasının Meteorun Türkiyəyə satışının qarşısının alınmasına müdaxilə etməyəcəyini və bunun “İngiltərənin ixrac məsələsi” olduğunu bildirib.
Yunan mətbuatında çıxan xəbərlərə görə, Parisdən əliboş qayıdan Mitsotakisin konsorsiumdakı digər ölkələrə: İngiltərə, Almaniya, İtaliya, İspaniya və İsveçə üz tutacağı gözlənilirdi.
Yunanıstanın müdafiə naziri bu gün Böyük Britaniyaya səfər edib. Yunanıstan naziri Londona səfəri zamanı Böyük Britaniyanın yüksək vəzifəli rəsmiləri ilə danışıqlar aparacaq və fevralın 25-də Böyük Britaniya Müdafiə Nazirliyində müdafiə naziri Con Hili ilə görüşəcək.
***
Yunan mətbuatında çıxan xəbərlərə görə, Dendiasın İngiltərədəki ən əhəmiyyətli gündəm mövzularından biri də METEOR raketlərinin Türkiyəyə satışıdır.
“IN.gr” kritik səfərin METEOR raketlərinin kölgəsində baş verdiyini vurğulasa da, “Hellas Journal” Türkiyəyə satışın Afina üçün bir “təhlükəsizlik problemi” olduğunu iddia edib: ““Meteor” hava-hava raketlərinin Afina üçün təhlükəsizlik məsələsidir. Bu raketlərin satışı Türkiyənin İngiltərədən almaq istədiyi 40 ədəd “Eurofighter Typhoon” döyüş təyyarələrinə bağlıdır”.
***
Mətbuatda Dendiasın ingilis həmkarları ilə danışıqlarında METEOR raketinin satışını gündəmə gətirməsinin gözlənildiyi deyilir: “Hazırda ən kritik məsələ Meteor raketinin Türkiyəyə satılması ehtimalıdır. Nikos Dendias bu mövzunu həmkarları ilə müzakirə edəcək”.
Dendias Fransanın Afinadakı səfiri Lourens Auer ilə görüşdə Yunanıstan hökumətinin METOR raketlərinin Türkiyəyə satışına qəti şəkildə qarşı olduğunu bildirmişdi.
Vizual məsafədən kənara çıxan hava-hava raketi Meteor, Fransada yerləşən çoxmillətli Avropa müdafiə şirkəti MBDA tərəfindən istehsal edilib. Yunanıstanın hazırda arsenalında 36 METEOR raketi var.