Vaxt.Az

“G20” sammitində fiasko


 

Cənubi Afrikada keçirilən xarici işlər nazirlərinin toplantısında ailə fotosu çəkilmədi

“G20” sammitində fiasko Cənubi Afrika Respublikasının ev sahibliyi etdiyi “G20” Xarici İşlər Nazirlərinin Birinci Toplantısında ailə fotoşəkilləri verilməyib.

Yohannesburqda Milli İstirahət Mərkəzində (NASREC) keçirilən sammitdə nazirlərin qrup ailə şəkli çəkdirməmələri diqqət çəkib.

Beynəlxalq Münasibətlər və Əməkdaşlıq Nazirliyinin baş direktoru Zane Danqor mətbuata açıqlamasında ailə fotolarının çəkilməməsinin səbəbinin vaxt darlığı ilə bağlı olduğunu bildirib.

“Bu, ilk dəfə deyil ki, ailə şəkli çəkilmir. Əvvəllər Braziliyadakı görüşdə çəkilməmişdi. Ailə şəklinin çəkilməsini təşkil etdik, lakin görüşlər gec keçdi və vaxt bitəndə təzyiq yarandı. Ona görə də ailə şəklini çəkmədik”, – Danqor bildirib.

Cənubi Afrika mediasında yer alan xəbərlərə görə, İngiltərə, Fransa və Almaniya da daxil olmaqla bir neçə ölkənin xarici işlər nazirləri eyni kadrda olmaq istəmədikləri üçün Rusiya xarici işlər naziri Sergey Lavrovla ailə fotolarının çəkilməsindən imtina ediblər.

 





21.02.2025    çap et  çap et