Brüsseldə yerləşən “Bruegel” və Almaniyada yerləşən “Kiel” Dünya İqtisadiyyatı İnstitutu "ABŞ olmadan Avropanı müdafiə etmək. Ehtiyacların ilk hesablanması" adlı təhlili dərc edib.
Təhlildə 300 min əsgər təxminən 50 briqada edir. Bu əsgərləri təchiz edilməsi üçün 1400 yeni döyüş tankı və 2000 piyada maşınının da lazım olduğu vurğulanıb.
Təhlil 28 AB üzv dövlətin birgə satınalmalar və ordularının daha yaxşı koordinasiyası haqqında razılığa gəlməyi tövsiyə edib.
Təhlildə qeyd edilir ki, Avropa orduları 28 milli silahlı qüvvəyə yayılır və ən böyük problemlərdən biri Avropa daxilində hərbi koordinasiyadır.
Təhlildə bildirilirdi ki, AB daxilində müdafiə xərcləri 2 faizdən 4 faizə qaldırılmalıdır və belə bir halda Almaniya müdafiə büdcəsini 80 milyard avrodan təxminən 140 milyard avroya yüksəltməli olacaq.
“Hər bir ölkə özünü təkbaşına müdafiə etmək istəyirsə, bu, daha yüksək xərclərə səbəb olacaq. Özünümüdafiə kollektiv təhlükəsizlikdən daha baha başa gəlir. Ona görə də daha sıx koordinasiya və birgə satınalmalar vacibdir”, – hesabatın baş tədqiqatçı Quntram Volff deyib.