Vaxt.Az

“Bu ölkə kral üçün qurulmayıb!”


 

Madonna Trampa tarix dərsi verdi

“Bu ölkə kral üçün qurulmayıb!” Məşhur müğənni Madonna ABŞ prezidenti Donald Trampın özünü kral kimi qələmə verdiyi paylaşımına reaksiya verib. Məşhur müğənni sosial media hesabından verdiyi açıqlamada “Bu ölkə padşahın hakimiyyətindən qaçmaq və xalqın idarə etdiyi yeni dünya inşa etmək üçün qurulub. İndi bizim özünü “kral” elan edən bir prezidentimiz var. Əgər bu zarafatdırsa, mən gülmürəm”, – deyib.

Nyu-Yorkda çirklənməni azaltmaq və metro sistemini maliyyələşdirmək üçün tətbiq edilən 9 dollarlıq rüsumun ləğv edildiyini elan edən Tramp, “Mənzərə ölüb. Manhetten və bütün Nyu-York azad edildi. Yaşasın kral!” ifadələrdən istifadə etdi. Bu açıqlama Ağ Evin rəsmi hesabı tərəfindən də dəstəklənib və Trampın brilyant tac taxdığı şəkli ilə paylaşılıb.

Madonna isə uzun müddətdir ki, Trampın avtoritar ritorikasına qarşı çıxıb. Sənətçi Trampın ilk dönəmində səhnə çıxışları və etiraz aksiyalarında iştirakı ilə diqqət çəkib. Son olaraq LGBT hüquqlarının azalmasına toxunan Madonna “Mübarizədən əl çəkməyin!” mesajını verdi.

 





21.02.2025    çap et  çap et