Vaxt.Az

Dollar və qızıl standartı


 

ABŞ valyutası beynəlxalqdırmı?

Dollar və qızıl standartı 1944-cü ildə Bretton-Vuds razılaşması imzalandı və dollar beynəlxalq valyuta kimi qəbul edildi. Beynəlxalq valyuta sabit, proqnozlaşdırıla bilən və bir dövlətin iradəsindən asılı olaraq kursu dəyişdirilməsin deyə müəyyən olundu ki, bundan sonra 1 unsiya (31,1 qram) qızıl 35 dollar olacaq. Yəni nə vaxt və harada istəsən ABŞ bankına 35 dollar versən, 1 unsiya qızıl ala bilərsən.

1971-ci ilədək belə davam etdi. Dolların sabit valyuta olması stereotipi məhz bu dövrdə yarandı. 1971-ci ildə ABŞ prezidenti Riçard Nikson dolların qızıl təminatını (“qızıl standart”) ləğv etdi. Bundan sonra dollar başladı üzməyə...

Dolların real kursunun nə qədər ucuzlaşdığını bilmək üçün baxın ki, indi 1 unsiya qızılın qiyməti neçəyədir.

6 fevrala olan məlumata görə 1 unsiya qızıl 2900 dollar idi!

Cəmi 54 ilə dollar 8286 faiz ucuzlaşıb!

Nəyə görə? Çünki ABŞ heç bir təminatı olmayan kağız çap edir, lakin buna real sərvətlər alır.

Öz inflyasiyasını isə dollar vasitəsilə bütün dünyaya ixrac edir.

 





22.02.2025    çap et  çap et