Bu texnologiya quraqlıqla mübarizə metodu kimi təqdim olunur, lakin onun tətbiqi yağıntıların lokal tənzimlənməsi çərçivəsini çoxdan aşıb. İqlim dəyişikliyi heç vaxt lokal ola bilməz – bir bölgədə, məsələn, yağıntını artırsan, digər bölgədə yağıntı azalacaq və ya quraqlıq olacaq. Bu isə öz növbəsində bütün ekosistemi dəyişəcək.
İqlim şəraitinin məqsədyönlü dəyişdirilməsi texnologiyası insana elə bir alət verir ki, onun tətbiqinin hansı nəticələr verəcəyini hələ heç kim dəqiq proqnozlaşdıra bilmir.
Onillərdir ki, HAARP (ABŞ), atmosferə aerozol püskürdülməsi, ionosferə təsir vasitələrilə iqlimin idarə edilməsi ilə bağlı eksperimentlər aparılır. Əvvəllər bu texnologiyalar nəzəriyyə kimi irəli sürülürdüsə, artıq onların tətbiqinə başlanılıb. Son illər qəribə iqlim hadisələri – Sahara səhrasında leysan yağması, Ərəbistanda qar yağması, tez-tez, hətta əvvəllər heç vaxt olmayan yerlərdə qasırğaların və tornadaların olması, quraqlıq və daşqınların tez-tez baş verməsi – iqlim texnologiyalarının tətbiq miqyası haqda ciddi düşünməyə əsas verir.
Əgər insan xeyirxah məqsədlər naminə iqlimə təsir etmək texnologiyasına sahibdirsə, kim təminat verə bilər ki, onu ziyan vurmaq məqsədilə istifadə etmək istəməyəcək? Məsələn, bir ölkədə 2-3 il quraqlıq yaratmaqla, orada aclıq, onun nəticəsində iqtisadiyyata böyük ziyan və kütləvi iğtişaşlar yaratmaq mümkündür. Və ya qasırğanı elə yönəltmək olar ki, ölkənin əsas strateji obyektlərini sıradan çıxartsın və s. Bu halda həmin texnologiya artıq iqlim silahına çevrilir.
Kim əminiklə deyə bilər ki, iqlim silahı tətbiq edilmir? Və kim əmin ola bilər ki, püskürdülən aerozolun tərkibində hansısa başqa mikroskopik cisim (məsələn, virus) yoxdur?
Bəlkə qlobalistlər iqlim silahından istifadə edərək, məqsədli şəkildə müxtəlif iqlim kataklizmləri yaradırdılar ki, iqlim dəyişməsi “torunu” hörə bilsinlər?