Vaxt.Az

Kreml 300 milyarddan imtina edir


 

Qərbin dondurduğu Rusiya aktivlərinin aqibəti necə olacaq?

Kreml 300 milyarddan imtina edir ABŞ prezidenti Donald Trampın Rusiyaya qarşı atdığı addımlarla Ukrayna ilə Rusiya arasında sülhün mümkünlüyü ortaya çıxıb.

Rusiya və ABŞ nümayəndə heyətləri ilk görüşünü Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirərkən, hər iki ölkə görüşü müsbət dəyərləndirib.

ABŞ prezidenti Donald Tramp Ukraynadan güzəşt tələb edərkən, “Reuters”ə məlumat verən mənbələr Rusiyanın da bəzi mühüm güzəştlərə gedə biləcəyini iddia edib.

İddiaya görə, sülh müqaviləsinin şərtlərinə görə, Rusiya ABŞ və Avropa ölkələri tərəfindən dondurulmuş 300 milyard dollarlıq aktivlərindən imtina edə bilər. Rusiyanın imtina edəcəyi pulun Ukraynanın yenidən qurulması üçün istifadə olunacağı gözlənilsə də, Kreml pulun beşdə birinin öz nəzarəti altında olan Donbas bölgəsində istifadə olunmasını ilkin şərt kimi görür.

Lakin ekspertlərin fikrincə, belə bir anlaşmanın baş tutması üçün ilk növbədə Avropa ölkələrinin razılığa gəlməlidir.

 





22.02.2025    çap et  çap et