"Hər dəfə mən Rusiyanın günahkar olmadığını deyəndə, yalançı media mənə hücum edir. Ancaq sizə deyirəm ki, Bayden yanlış sözlər dedi, Zelenski yanlış sözlər dedi. Onlar özlərindən çox daha böyük və çox daha güclü biri tərəfindən hücuma məruz qaldılar. Bu, pisdir və belə edilməməlidir, amma Rusiyanı bunu etməkdən çox asanlıqla yayındırmaq olardı. Müharibə olmamalı idi", – Tramp Fox News radiosuna müsahibəsində bildirib.
***
“ABŞ Ukrayna münaqişəsinin başlanmasında Rusiyanı günahkar saymır”, – BMT Baş Assambleyasının qətnamə layihəsində belə deyilir
ABŞ-ın hazırladığı yeni qətnamə layihəsinə əsasən, Vaşinqton neytral mövqe təklif edib və sənəddə münaqişənin başlanmasına görə Rusiyanı açıq şəkildə günahlandırmayıb.
Bundan əlavə, sənəddə ABŞ Rusiya-Ukrayna münaqişəsində həlak olanların itkisinə görə kədərləndiyini bəyan edir.