Vaxt.Az

Nazir kamera ilə izləyəcək


 

Mikayıl Cabbarov uşaq bağçalarına nəzarəti gücləndirir

Nazir kamera ilə izləyəcək Mikayıl Cabbarov daha bir yeniliyə imza atıb. Qurumun mətbuat xidmətindən vazt.az-a verilən məlumata görə, Təhsil Nazirliyinin tərkibində olan uşaq evlərinə nəzarət etmək üçün müəssisələrə videokameralar quraşdırılıb.

Qeyd edilib ki, dövlət uşaq müəssisələrində uşaqların saxlanma vəziyyətinə və onlara göstərilən xidmətə nəzarətin səmərəli həyata keçirilməsi məqsədi ilə internat məktəblərində videokameralar quraşdırılıb.

Təhsil Nazirliyi videokameraların quraşdırılmasından sonra uşaqlara verilən qidanın keyfiyyətinə və ərzağın tələb olunan normalara uyğun sərfiyyatına nəzarət mexanizminin təmin edilməsi məqsədlərinə xidmət edəcəyini bildirib.

 





10.04.2014    çap et  çap et