Vaxt.Az
Dünyanı idarə edəcək 4 lider
“Le Point” jurnalı “Yeni dünya nizamı” adlı xüsusi buraxılış dərc edib
Fransanın “Le Point” jurnalı “Yeni Dünya Nizamı” başlığı ilə xüsusi buraxılış dərc edib və bu xüsusi buraxılışında dörd liderdən bəhs edib. Dərginin üz qabığında prezident Rəcəb Tayyib Ərdoğan, Rusiya prezidenti Vladimir Putin, ABŞ prezidenti Donald Tramp və Çin prezidenti Si Cinpin yer alıb.“Le Point” yeni dünya nizamının əsas aktorlarının sözügedən
dörd lider olduğuna diqqət çəkib.
Beynəlxalq qüvvələr balansının 2025-ci ildə dəyişəcəyini
vurğulayan jurnalın üz qabığında döyüş təyyarələri, peyklər və tanklara da yer
verilməsi, müdafiə sənayesinin əhəmiyyətinin vurğulandığı kimi şərh edilib.
22.02.2025
çap et