S.Novruzov qeyd edib ki, bələdiyyə seçkilərində 20 mindən artıq namizəd irəli sürmək lazımdır: «Müxalifət bələdiyyələrin yüzdə birində namizəd irəli sürə bilməyəcək, çünki onların sosial bazası yoxdur. Yəqin ki, bir də gələn il parlament seçkilərində səsləri çıxacaq».
Son dövrlərdə müxalifət düşərgəsində
yaranan siyasi durğunluğa münasibət bildirən S.Novruzov qeyd edib ki,
ümumiyyətlə, müxalifət düşərgəsində həmişə durğunluq olub: «Sadəcə seçki vaxtı
bir az ayrı-ayrı dövlətlərin, ayrı-ayrı təşkilatların qızışdırması ilə aranı
qatmaq istəyiblər, qalan bütün hallarda müxalifət partiyaları ancaq qəzet
səhifələrində fəaliyyət göstəriblər».
Onun sözlərinə görə, təbii ki, siyasi
partiyaların funksiyası çoxdur, bunlardan biri də seçkilərdə iştirak etmək,
namizəd irəli sürməkdir:
«Amma digər hallarda siyasi partiyalar
cəmiyyəti maraqlandıran məsələlərlə məşğul olmalı, ayrı-ayrı təkliflər
hazırlamalı, o cümlədən alternativ təkliflər verməlidir, lakin müxalifətin heç
sosial bazası, elektoratı olmadığına görə bunların düşüncə tərzində seçki
dövründə ara qatmaq və birdə mitinq deyib qışqırmaqdır. Bunların heç zaman real
fəaliyyəti olmayıb».
Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləri 2014-cü ilin dekabr ayında keçirilməlidir.