Vaxt.Az

Qərbin dəfni


 

Xruşşovun edə bilmədiyini Putin bacaracaqmı?

Qərbin dəfni Amerikada və Avropa Birliyində Donald Trampa qarşı çıxan ciddi qüvvələr var. Avropada o, birinci prezidentlik dönəmində də populyar olmayıb...

Qərb elə bir dünyadır ki, hər kəsin müti şəkildə D.Trampla razılaşacağı istisnadır. Düşünün ki, Vladimir Putinə Qərbdə insanlar nifrət edir, Zelenskiyə isə rəğbət bəsləyirlər. Son illərdə bu münasibət daha da dərinləşib. İndi D.Tramp Qərb insanını inandırmaq istəyir ki, Zelenski diktatordur, Putin isə demokratdır. Əlbəttə, Qərb auditoriyası belə şeyləri ciddi qəbul edə bilməz...

Ona görə də Amerikada və Avropada Trampa qarşı müqavimət getdikcə güclənir. Ona qarşı çıxan ciddi qüvvələr tezliklə bir araya gələ bilər. Trampın impiçmentlə qarşılaşma ehtimalı da getdikcə artır.

Birmənalı olan odur ki, nə Amerika, nə də bütövlükdə Qərb faşist Putinlə biabırçı anlaşmaya getmək istəyən ABŞ prezidentinə yaşıl işıq yandırmaq fikrində deyil...

“The Telegraph” manşetdən yazır ki, belə təhlükəli bir dövrlərdə Qərbin Donald Trampa yox, sağlam düşüncəli liderə ehtiyacı var. Rusiyaya ləyaqətli olanı məhv etmək istəyən diktator rəhbərlik edir və ABŞ prezidenti ya bununla razıdır, ya da vecinə deyil...

“The Telegraph” deyir ki, Azad dünya sonuncu dəfə Kuba raket böhranı zamanı bu qədər təhlükə altına düşmüşdü.

1962-ci ildə Sovet İttifaqında kommunist diktaturası idi, onun lideri Nikita Xruşşov Qərbi “dəfn etməklə” hədələmişdi. Lakin Birləşmiş Ştatlarda prezident Kennedinin rəhbərlik etdiyi  hökuməti vəziyyətdən uğurla çıxa bildi...

 





22.02.2025    çap et  çap et