Vaxt.Az

Fransada bıçaqlı hücum


 

1 nəfər ölüb, 5 yaralı var

Fransada bıçaqlı hücum Fransanın Müluz şəhərində bıçaqlı hücum nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb. Milli mətbuatda yer alan xəbərlərə görə, bir şübhəli şəxs Mulhouse bazarının yaxınlığında bıçaqlı hücum həyata keçirib.

1 nəfər öldürüb, 5 nəfəri yaralamaqda şübhəli bilinən şəxs hadisə yerində saxlanılıb.

1987-ci ildə Əlcəzairdə doğulduğu təsbit edilən şübhəlinin barəsində deportasiya qərarı olduğu bildirilib.

Fransanın Milli Terrorla Mübarizə Prokurorluğu hücumla bağlı təhqiqata başlayıb və onu “terror qruplaşması ilə əlaqəli qətl” maddəsi ilə ittiham edib.

Fransa prezidenti Emmanuel Makron bildirib ki, prokurorluq hücumu “terror aktı” kimi qiymətləndirib və mərhumun ailəsi ilə həmrəy olduğunu bildirib.

 





22.02.2025    çap et  çap et