Vaxt.Az

Diplomatik siyasətdə “Azərbaycan modeli”


 

Nə Amerika əvvəlki Amerikadır, nə Rusiya, əvvəlki Rusiya

Diplomatik siyasətdə “Azərbaycan modeli” ABŞ dərk edəndə ki, artıq supergüc olmaq çətindir, çoxqütblü dünyada dominant mövqeyini qorumağa çalışır. Yəni, ABŞ yenə də əsas güc olur, ancaq hər şeyə o nəzarət etmir.

Trampın yenidən iqtidara gəlməsi, vecsiz Baydeni və komandasını yola salması məhz bu səbəbdən qaynaqlanır. Şübhəsiz ki, “dərin dövlət” anlayır ki, artıq demokratiya, insan haqları kimi imitasiyalar keçərli deyil. Müasir dünya insanını bu “cəlbedici” təkliflərlə aldatmaq mümkün deyil.

Trampın Ukrayna ilə bağlı söylədiyi bəyanatlarda səmimi olub-olmadığını zaman göstərəcək. ABŞ mübaliğəsiz ki, öz mövqeyini qorumağa, Rusiya-Çin arasında münasibətləri korlamağa çalışacaq. Necə ki, Baydenin yarıtmaz idarəçiliyi bu ölkələr arasında təmasları dərinləşdirdi. Nail olacaqmı? Çox az ehtimaldır.

Əvvəlcə din, millətçilik, sonradan isə demokratiya, insan hüquqları adı altında dünyanı ətrafında tutan Qərb artıq ideoloji cazibədarlığını itirib. Məlumdur, “çağırışlar” bu məqsədlərə xidmət edirdi – iqtisadi, texnoloji üstünlüklər və resurslara nəzarətin təmin olunması. Tramp açıq şəkildə sərvət davası aparır, maskalanmır yəni. Çünki, bu gün belə lazımdır.

Prezident İlham Əliyev deyəndə ki, qlobal miqyasda cərəyan edən proseslər xeyrimizə dəyişəcək, ağzını büzən, geosiyasətin “G”sindən xəbəri olmayan, 22 il öncə, 2003-də Moskvada “Buş və Putini görüşdürüb İsa Qəmbər üçün xeyir-dua almış” və bu “xəbəri” kül üfürərək cəmiyyətə sırıyan “siyasət uzmanları” qəti olaraq deyirdilər ki, yox, belə ola bilməz.

Nəticə nədir?! Dünyəvi qütbləşməyə boyun əymiş, tərəf olan dövlətlərin rəhbərləri sonunu gətirdilər. Bu, belə də olmalı idi. Ölkəmiz isə, həssas coğrafi şəraitə rəğmən, sabitlik adasına, zəfərlər, qələbələr diyarına çevrildi. Qələbəyə bu cür müvəffəq olarlar – resurslarla, güc, əməllərlə. Yoxsa dəlillərlə, hay-küylə yox,!

 





23.02.2025    çap et  çap et