Vaxt.Az

KİV-lər hədəfdə


 

Tramp və Mask qərəz, propoqanda, fırıldaq, yalanda ittiham edir

KİV-lər hədəfdə ABŞ prezidenti Donald Tramp və onun baş müşaviri İlon Mask “MSNBC”, “Reuters” və “The Associated Press” (AP) media təşkilatlarını hədəf alan paylaşımlar edib.

““MSNBC”, həmçinin “MSDNC” olaraq da bilinən kanal, demokratiyamız üçün təhlükədir. Bir dəstə yalan və təhrif. Sükan arxasında pis insanlardır”, – deyə Tramp “Truth Social” hesabında yazıb.

MSNBC kanalının adını “MSDNC” olaraq dəyişdirərək Demokratik Milli Konvensiyaya (DNC) istinad edən Tramp, kanalın “demokratyönümlü olduğunu və qərəzli xəbərlər yaydığını” eyham edib.

Trampın baş müşaviri, amerikalı milyarder Mask da “X” hesabında İngilis xəbər agentliyi “Reuters”in adının “Yalan” sözü ilə formalaşdığı tipoqrafiya dizaynını paylaşıb.

Mask başqa bir paylaşımda “Reuters”in “Ukrayna qiymətli metallar müqaviləsini imzalamadığı təqdirdə “Starlink”i bağlamaqla hədələdiyi” xəbərinə istinad edərək əlavə etdi: “Reuters yalan danışır. Onlar media yalanlarında yalnız “The Associated” Propaqandan (AP) sonra ikinci yerdədirlər”.

Mask, “Reuters”in 2018-2022-ci illər arasında ABŞ hökumətindən milyonlarla dollar ödəniş aldığını iddia edib.

Mask ABŞ hökumətinin xərclərini sənədləşdirən internet saytındakı yazıya istinad edərək, ““Reuters”ə ABŞ hökuməti tərəfindən böyük miqyaslı sosial fırıldaq üçün milyonlarla dollar ödənilib. Bunlar tam fırıldaqlardır”, – yazıb.

Tramp həmçinin iddia edib ki, “Reuters”, “Politico” və “The New York Times” kimi media qurumları federal agentliklər tərəfindən maddi dəstəklənir və bu ödənişlər xəbər məzmununa təsir etmək məqsədi daşıyır.

 





23.02.2025    çap et  çap et